AFFA-dan Mircavadova təbrik

AFFA rəhbərliyi bu gün 75 yaşı tamam olan Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu təbrik edib.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş katib Sərxan Hacıyev bu münasibətlə yubilyarla görüşüb.

O, AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibətilə Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.

Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button