AEL – “Qarabağ” matçında qalmaqal – kiprli azarkeşlərə görə oyun dayandı

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL klubu ilə “Qarabağ” arasında baş tutan ilk oyunda qalmaqal yaşanıb.

Komanda.az xəbər verir ki, hər şey Azərbaycan təmsilçisinin 90+3-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra baş verib.

Abdullah Zubirin bərabərlik qolundan sonra kiprli azarkeşlər “Qarabağ”ın texniki zonasında oturan şəxslərə, xüsusilə də baş məşqçi Qurban Qurbanova qarşı təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Bu üzdən də tərəflər arasında qalmaqal yaşanıb. Qarşılaşmanın hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb. Təxminən 10 dəqiqəlik fasilədən sonra oyun yenidən bərpa olunub.

Yeri gəlmişkən, bu qarşılaşmanın baş hakimi Qlenn Nyuberq zədələnib. Matçı davam etdirə bilməyən isveçli referini 80-ci dəqiqədə həmyerlisi Boyan Panciç əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button