Premyer Liqa: Daha bir futbolçunun adı “Şöhrət zalı”na daxil edildi

Adı İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilən daha bir futbolçu məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Mançester Yunayted”in keçmiş hücumçusu Erik Kantonadır.

Kantona 1992-1997-ci illər aralığında “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”la 4 dəfə Premyer Liqanın qalibi olub.

Kantona Tyerri Anri və Alan Şirerdən sonra adı “Şöhrət zalı”na daxil edilən üçüncü futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button