AÇ-2020: Alman futbolçu matçın ən yaxşısı oldu

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilmiş Almaniya – Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, Almaniya – Macarıstan matçı 2:2 hesabıyla başa çatıb.