A Seriyasını tərk edəcək ikinci klub da bilindi

Cari mövsümün sonunda İtaliya A Seriyasını tərk edəcək ikinci klub məlum olub.

Komanda.az xəbər verir ki, 35-ci turda “Sassuolo” ilə qollu bərabərə qalan (2:2) “Frozinone”nin elitanı tərk edəcəyi dəqiqləşib. Sona 3 tur qalmış 20 iştirakçı arasında 19-cu sırada qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür.

35 turdan sonra 24 xal toplaya bilən “Frozinone”, növbəti mövsümdə İtaliya B Seriyasında çıxış edəcək. “Frozinone” ilə yanaşı, “Kyevo” da bu mövsüm A Seriyası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button