A Seriyasında unikal göstərici

Futbol üzrə İtaliya A Seriyasının 29-cu turu çərçivəsində keçirilmiş “Bolonya” – “Kalyari” matçı qonaqların hücumçusu Covanni Simeone üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 1:1 hesabıyla matçda qonaq komandanın yeganə qolunun müəllifi olan argentinalı futbolçu unikal göstəriciyə imza atıb.

Belə ki, o, A Seriyası tarixində ilin bütün aylarında qol vurmağı bacaran ilk futbolçuya çevrilib.

Qeyd edək ki, Covanni İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeonenin oğludu.