A Seriyası klubunda baş məşqçi istefası

İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. “Bolonya” 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən 53 yaşlı baş məşqçi 2019-cu ildən İtaliya klubuna rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button