“Bavariya”dan “Antalyaspor”a
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniya çempionu “Bavariya”nın gənc müdafiəçisi Mert Yılmazı transfer edib.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Antalyaspor” Mert Yılmazı bir neçə gün öncə “Fənərbaxça”ya satdığı sağ cinah müdafiəçisi Nazim Sanqarenin əvəzində transfer edib. Almaniyada dünyaya göz açan türk əsilli futbolçunu “Beşiktaş” da istəyirdi.
Mert Yılmaz “Leyptsiq”in yetirməsidir. O, 2018-ci ildə “Bavariya”ya transfer olunsa da, Münhen klubunun əvəzedici komandasında forma geyinirdi. Müdafiəçi həm də Türkiyənin gənclərdən ibarət yığmasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin