İtaliya klubunda koronavirus şoku – daha bir futbolçu yoluxdu
İtaliyanın “Cenoa” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, Lasse Şönenin koronavirus testi pozitiv olub. Onun adı A Seriyasının 2-ci turu çərçivəsində keçiriləcək “Napoli” ilə oyunun iştirak ərizəsindən çıxarılıb. 34 yaşlı futbolçu karantinə alınıb.
“Cenoa” daha əvvəl Mattia Perinin koronavirusa yoluxduğunu açıqlamışdı.
“Napoli” – “Cenoa” oyunu bu gün, saat 17:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin