“Barselona”da yeni “8” nömrə

İspaniyanın “Barselona” klubu yeni transferi Miralem Pyaniçi ictimaiyyətə təqdim edib.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisində geyinəcəyi forma nömrəsi də müəyyənləşib.

Yay fasiləsində əks cəbhəyə – “Yuvenus”a keçən Artur Melodan sonra boş qalan “8” nömrəli forma Bosniya və Herseqovina millisinin üzvünə verilib. Əvvəllər isə bu nömrə ilə “Barselona”nın əfsanəvi futbolçularından birinə çevrilmiş Andres İnyesta oynayıb.

Qeyd edək ki, Miralem Pyaniç “Barselona” ilə 4 illik müqavilə imzalayıb. Onun sərbəst qalma məbləği 400 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button