Super Liqa klubu braziliyalı futbolçu ilə gücləndi
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı sağ cinah müdafiəçisi Fabiano Leysmannı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Palmeyras”a məxsus olsa da, son mövsümü icarə əsasında Portuqaliyanın “Boavişta” klubunda keçirən 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Leysmann Türkiyə təmsilçisində 91 nömrəli formanı geyinəcək.
Fabiano karyerası ərzində “San Luis”, “Şapekoense”, “Kruzeyro”, “Palmeyras”, “İnternasional” və “Boavişta”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin