La Liqa: 2 oyunun vaxtı dəyişdirildi

İspaniya La Liqasında yeni mövsümün ilk turunun iki oyununun vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, mövsümün açılış oyunu olan və sentyabrın 11-də keçirilməsi planlaşdırılan “Qranada” – “Atletik” oyunu bu ayın 12-də oynanılacaq. Turun sentyabrın 14-də keçirilməsi nəzərdə tutulan digər matçı – “Alaves” – “Betis” oyunu isə ayın 13-də baş tutacaq.

Beləliklə, La Liqada mövsümə sentyabrın 12-də, “Eybar” – “Selta” oyunu ilə start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button