“Barselona”da Koutinyo ilə bağlı qərar verildi
“Barselona”da braziliyalı futbolçu Filippe Koutinyonun gələcəyi məlum olub.
Komanda.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Ronald Kuman 28 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Koutinyonun yeni mövsümdə “Barselona” forması geyinəcəyi bildirilir.
“Barselona” Koutinyo üçün böyük məbləğ təklif edən olsa, onu satmağı nəzərdən keçirə bilər. Amma indiki halda, braziliyalının icarəyə verilməsi haqda düşünülmür.
2018-ci ilin yanvarında “Liverpul”dan “Barselona”ya keçən Koutinyo, son mövsümü icarə əsasında “Bavariya”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin