İngiltərə, Portuqaliya və Fransadan uğurlu start

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.

Mövsümün açılış matçında Latviya Andorranı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

İlk oyun gününün maraqla gözlənilən qarşılaşmasında A Liqasının 4-cü qrupunda yer alan Almaniya yığması ilə İspaniya üz-üzə gəlib. Almanlar bu görüşün əlavə vaxtında qələbəni əldən veriblər.

B Liqasında mübarizə aparan Türkiyə yığması da ilk oyununu keçirib. Şenol Günəşin rəhbərlik etdiyi komanda Macarıstanla qarşılaşıb və doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib.

Dünən daha 8 qarşılaşma keçirilib. A Liqasının 1-ci qrupu çərçivəsində Niderland Polşanı, İtaliya isə Bosniya və Herseqovinanı qəbul edib. Niderland minimal hesabla üstün olsa da, İtaliya heç-heçə ilə başlayıb.

Turun qalan oyunları bu gün keçirilib. C Liqasının 1-ci qurupunda yer alan Azərbaycan yığması da bu gün mübarizəyə başlayıb. Canni De Byazinin rəhbərlik etdiyi komanda Lüksemburq yığmasıyla Bakıda qarşılaşıb və məğlub olub.

A Liqasının 2-ci qrupunda yer alan İngiltərə millisi İslandiya ilə qarşılaşıb və qələbə qazanıb. A Liqasının 3-cü qrupunda isə Portuqaliya Xorvatiyanı, İsveç Fransanı qəbul edib. Potuqaliya evdə, Fransa səfərdə qələbəyə sevinib.

Millətlər Liqası, 2020/221 mövsümü, 1-ci tur

3 sentyabr

D Liqası, 1-ci qrup

Latviya – Andorra 0:0

Farer adaları – Malta 3:2
Qol
: K.Olsen, 25. A.Olsen, 87. B.Olsen, 90 – Deqabriele, 37. Aqius, 73.

A Liqası, 4-cü qrup

Almaniya – İspaniya 1:1
Qol
: Verner, 51 – Qaya, 90+6.

Ukrayna – İsveçrə 2:1
Qol
: Yarmolenko, 14. Zinçenko, 68 – Seferoviç, 41.

B Liqası, 4-cü qrup

Bolqarıstan – İrlandiya 1:1
Qol
: Krayev, 56 – Daffi, 90+3.

Finlandiya – Uels 0:1
Qol
: Mur, 80.

B Liqası, 3-cü qrup

Rusiya – Serbiya 3:1
Qol
: Dzyuba, 48; 81. Karavayev, 69 – Mitroviç, 78.

Türkiyə – Macarıstan 0:1
Qol
: Soboslay, 80.

C Liqası, 3-cü qrup

Moldova – Kosovo 1:1
Qol
: Nikolaesku, 20 – Kololli, 71.

Sloveniya – Yunanıstan 0:0

4 sentyabr

C Liqası, 4-cü qrup

Litva – Qazaxıstan 0:2
Qol
: Zaynutdinov, 3. Kuat, 86.

Belarus – Albaniya 0:2
Qol
: Çikalleşi, 23. Bare, 79.

A Liqası, 1-ci qrup

İtaliya – Bosniya və Herseqovina 1:1
Qol
: Sensi, 67 – Dzeko, 57.

Niderland – Polşa 1:0
Qol
: Berqveyn, 61.

B Liqası, 1-ci qrup

Norveç – Avstriya 1:2
Qol
: Haland, 66 – Qreqoriş, 35. Sabitzer, 54-pen.

Rumıniya – Şimali İrlandiya 1:1
Qol
: Puşkaş, 25 – Uayt, 86.

B Liqası, 2-ci qrup

Şotlandiya – İsrail 1:1
Qol
: Kristie, 45 – Zahavi, 73.

Slovakiya – Çexiya 1:3
Qol
: Şranz, 88 – Coufal, 48. Doçkal, 53-pen. Krmençik, 86.

5 sentyabr

C Liqası, 2-ci qrup

Şimali Makedoniya – Ermənistan 2:1
Qol
: Alioski, 5-pen. Nestorovski, 38-pen – Barseqyan, 90+4.

Estoniya – Gürcüstan 0:1
Qol
: Katçarava, 32.

D Liqası, 2-ci qrup

Cəbəllütariq – San-Marino 1:0
Qol
: Torilla, 42.

A Liqası, 2-ci qrup

İslandiya – İngiltərə 0:1
Qol
: Sterlinq, 90+1-pen.

Danimarka – Belçika 0:2
Qol
: Denayer, 9. Mertens, 77.

C Liqası, 1-ci qrup

Azərbaycan – Lüksemburq 1:2
Qol
: R.Şeydayev, 43 – A.Krivotsyuk, 48-öz qapısına. J.Rodriqes, 72-pen.

Kipr – Monteneqro 0:2
Qol: Yovetiç, 60; 73.

A Liqası, 3-cü qrup

Portuqaliya – Xorvatiya 4:1
Qol
: Kanselo, 41. Jota, 58. J.Feliks, 70. An.Silva, 90+5 – Petkoviç, 90+1.

İsveç – Fransa 0:1
Qol
: Mbappe, 41.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button