Kuman imtina edir, Konte istəyir

“Barselona”nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Antonio Konte şəxsən futbolçu ilə birlikdə işləmək istəyir. “Neradzurra”nın Vidalın meneceri ilə danışıqlara başladığı bildirilir.

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman Vidalın xidmətində maraqlı deyil. Bundan faydalanmaq istəyən “İnter” çilili futbolçunu uyğun məbləğ qarşılığında heyətinə qatmaq niyyətindədir.

2018-ci ilin yayından Kataloniya klubunun şərəfini qoruyan Vidalın müqaviləsi növbəti ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button