İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Leççe” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, komandanın “sükan”ı Eucenio Koriniyə tapşırılıb. 50 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Son mövsümdə İtaliya A Seriyasında mübarizə aparan “Leççe”ni Fabio Liverani çalışdırırdı. Komandanın elitanı tərk etməsindən sonra Liverani ilə yollar ayrılmışdı.
“Leççe” yeni mövsümdə İtaliya B Seriyasında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin