“Qalib olmasaydıq belə, bu komandayla qürur duyacaqdım” – Lopeteqi

UEFA Avropa Liqasının final matçında “İnter”ə 3:2 hesabı ilə qalib gələn “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klub karyerasında ilk titulunu qazanan 53 yaşlı mütəxəssis, qalibiyyətlə bağlı bunları deyib:

“Titul qazanmaq çox xüsusidir. Mənim üçün, futbolçular və azarkeşlər üçün çox xüsusi anlardır. Bu an üçün çox çalışdıq və sonda “İnter” kimi komandanı məğlub etdik. Çox çalışdıqdan sonra layiqli qələbə qazandığımız üçün xoşbəxtəm. Finala qədər çətin komandaları mığlub etdik.

Klubu böyütmək üçün üzərimizə düşəni etdik. Qalib olmasaydıq belə, bu komandayla qürur duyacaqdım. Qalib olacağımıza inandıq, istədik və buna nail olduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button