Əmrə Belözoğlu karyerasını bitirdi – rəsmi
“Fənərbaxça” klubunun futbolçusu Əmrə Belözoğlu karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında məlumat yayıb. Əmrə, vida məktubu yazaraq futbolçu karyerasını sonlandırıb.
Karyerası ərzində “Qalatasaray”, “İnter”, “Nyukasl”, “Atletiko”, “Başakşəhər” kimi klublarda çıxış edən Əmrə, 2019-cu ilin yayından “Fənərbaxça”da idi.
Yarımmüdafiəçi 101 dəfə formasını geyindiyi Türkiyə yığmasında 9 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin