Premyer Liqada yeni mövsümün başlama vaxtıyla bağlı AFFA-ya təklif

AFFA İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli iclasında 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılması barədə qərar qəbul edilmişdi.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılıb:

Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr
Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü
Cahangir Həsənzadə – AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi
Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri

İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button