Bundesliqanı Liqa 1-ə dəyişdi
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Dortmund “Borussiya”sının müdafiəçisi Leonardo Balerdini heyətinə qatıb.
Bu barədə Marsel klubunun rəsmi saytı məlumat yayıb. Argentina yığmasının da üzvü olan 21 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Amma Fransa klubu bu müddət ərzində 14 milyon avro ödəməklə bu futbolçunun transfer hüquqlarına da yiyələnə bilər.
“Boka Xuniors”un yetirməsi olan və mərkəz müdafiəçisi mövqeyində çıxış edən Balerdi, “Borussiya”ya 2019-cu ildə transfer olunmuşdu. Dortmund təmsilçisi onun üçün Argentina klubuna 15 milyon avro təzminat ödəmişdi.
Argentina yığmasında 2 oyun keçirmiş futbolçu geridə qalan mövsümdə “Borussiya”nın heyətində 8 matça çıxıb.
Bizi Facebook-da izləyin