“Liverpul” “Bavariya”nın futbolçusu ilə anlaşdı

“Liverpul”un “Bavariya”nın futbolçusu Tyaqo Alkantaranı heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Mersisayd klubuna transfer olunmağı qəbul edib. Tərəflərin müqavilənin bütün şərtlərində anlaşdıqları bildirilir. “Liverpul”un baş məşqçisi Yurgen Kloppun da Alkantara ilə anlaşdıqlarını təsdiq etdiyi deyilir.

“Liverpul”la “Bavariya” isə transferin məbləğində anlaşa bilmir. İngilislər Alkantara üçün 20 milyon avro təklif edib, Münhen klubu isə bu transfer üçün 40 milyon istəyir.

İspaniyalı futbolçunun “Bavariya” ilə müqaviləsi 2021-ci ilin iyununda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button