“Real” Beyldən narazıdır – müqaviləsi ləğv edilə bilər
“Real” futbolçusu Qaret Beyllə yollarını ayıra bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan və rəhbərlik 30 yaşlı futbolçunun davranışlarından məmnun deyil.
“Real”, oynayıb-oynamamasına əhəmiyyət verməyən Beyllə müqaviləni erkən ləğv edə bilər. Uelsli futbolçunun “kral klubu” ilə sözləşməsi 2022-ci ilin yayına qədərdir.
2013-cü ildən “Real”da forma geyinən Beyl, bu mövsüm La Liqada 16 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin