“…çünki 75 min azarkeşimiz olacaq” – Kovaç
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Liverpul”la 0:0 hesablı heç-heçə edən “Bavariya”nın baş məşqçisi Niko Kovaç, açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, nəticədən razı qaldığını bildirib:
“İlk hissədə çətinlik çəksək də, ikinci hissədə mükəmməl oynadıq. Komandam kollektiv oyun göstərdi. Həm taktiki, həm də zehni olaraq 90 dəqiqə ərzində yüksək səviyyədə oyun keçirdik. Qol vura bilməsək də, qapımızda da qol görmədik. Liverpulda sonuncu dəfə hansı komanda 90 dəqiqə ərzində qol buraxmadan oyunu bitirə bilib?
Öz meydanımızda daha yaxşı oynayacağıq, çünki 75 min azarkeşimiz olacaq. İkinci oyunda daha yaxşı hücumlar quracağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin