Buffondan sonra İtaliyanın ən yaxşı qapıçısı kim olacaq? – açıqlama

“Yuventus”n qapıçısı Canluici Buffonun meneceri Silvino Martina açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, menecer, 42 yaşlı qapıçının gələcək karyerası və ölkədə onun xələfi ola biləcək qolkiperlərlə bağlı  danışıb:

“Napoli”nin qapıçısı Aleks Meret və “Cenoa”nın qolkiperi Mattia Perin İtaliyadakı ən yaxşı iki qapıçıdır. Buffonla Meret haqqında danışanda, mənə onun gələcəkdə İtaliyanın ən yaxşı qapıçısı olacağını bildirdi. Təbii ki, Canluici Donnarummanı da unutmaq olmaz.

Buffon 43 yaşına qədər oynamağı planlaşdırır. Məncə, o, mütləq məşqçi olmalıdır. Futbolu anlayır və futbolçuları idarə etmək bacarığına sahibdir. Buffon gələcəkdə “Yuventus”u çalışdıra bilər. Onunla digər qapıçılar arasındakı fərq hər şeyi asanlaşdırmasıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button