16 il penta-triksiz: Hüseynovdan Kərimova qədər
Azərbaycan Premyer Liqası indiki adı aldığı vaxtdan heç bir futbolçu bir oyunda 5 top vurmayıb.
Komanda.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb. Ölkə çempionatları tarixinə təsadüf edən sonuncu penta-trik 2003/04 mövsümündə qeydə alınıb. 16 il əvvəl – 2004-cü ilin martında ağır günlərini yaşayan Sumqayıt “Xəzər”i çempionluq uğrunda mübarizə aparan “Şəmkir”lə ev oyununda Kənan Kərimov qarşısında aciz qalıb. Forvard 5 qolla 7:0 hesablı qələbənin memarı olub. Bu, çempionatlar tarixində sonuncu penta-trikdir.
İlk belə nailiyyət isə 1992-ci ildə yaşanıb. “Neftçi”nin futbolçusu Yunis Hüseynov birinci penta-trikin müəllifi olub. Az keçməmiş onun komanda yoldaşı Samir Ələkbərov bunu səfərdə bacaran ilk futbolçu kimi tarixə düşüb. Həmin çempionatın bombardiri Nazim Əliyev də onlardan geri qalmayıb və ilk mövsüm rekord sayda – 3 penta-triklə əlamətdar olub.
1995/96 və 1998/99 mövsümlərində isə iki belə hadisə qeydə alınıb. Öncə Fazil Pərvərovla Əli Abbasov fərqlənib.
8-ci ölkə çempionatı isə ilk dəfə legionerin penta-triki ilə əlamətdar olub. Buna Jaba Tsiklauri imza atıb. Elə həmin mövsümdə Leonid Kalfa da bir matçda 5 qol vurub. Bu, “Neftçi”nin üzvlərinin 3-cü penta-triki olub ki, bakılılar bu göstəricidə hamıdan öndədir. “Şəmkir”in üzvləri 2 dəfə fərqlənib.
Bütün penta-triklər
1992 mövsümü – Yunis Hüseynov (“Neftçi”)
07.08.1992. “Neftçi” – “Xəzər” Lənkəran – 6:0
1992 mövsümü – Samir Ələkbərov (“Neftçi”)
03.10.1992. “Kürmük” – “Neftçi” – 2:6
1992 mövsümü – Nazim Əliyev (“Xəzər” Sumqayıt)
24.10.1992. “Xəzər” Sumqayıt – “Kürmük” – 8:0
1995/96 mövsümü – Fazil Pərvərov (“Kəpəz”)
30.08.1995. “Kəpəz” – OİK – 7:2
1995/96 mövsümü – Əli Abbasov (“Şəmkir”)
29.04.1996. “Şəmkir” – “Viləş” – 9:2
1998/99 mövsümü – Jaba Tsiklauri (“Turan”)
21.11.1998. “Turan” – “Şahdağ” – 8:0
1998/99 mövsümü – Leonid Kalfa (“Neftçi”)
07.02.1999. “Neftçi” – “Şahdağ” – 11:0
2003/04 mövsümü – Kənan Kərimov (“Şəmkir”)
13.03.2004. “Xəzər” Sumqayıt – “Şəmkir” – 0:7
Bizi Facebook-da izləyin