Rəfiyev, Əmirini götür, sox…

Mız

“Sumqayıt” klubunda çıxış edən Əmir Ağayev ad-soyadlı israilli futbolçu deyib ki, ona Azərbaycan milli komandasında çıxış etmək təklif olunub. Bu təklifi ona “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev edib. Adının Əmir, soyadının Ağayev olması sizi aldatmasın ha, bu cavan oğlan sonra deyib ki, damarlarından israilli qanı axır və Azərbaycan millisində oynamaq məsələsi ciddiləşsə, gərək bu barədə ciddi-ciddi düşünə.

Əvvəla, Riad Rəfiyevin necə klub prezidenti olduğu “Sumqayıt”ın turnir cədvəlindəki mövqeyindən görünür. “Kimyaçılar”  8 komanda arasında 7-ci pillədədir və həmin bu Əmir qardaş da hər tur başına “qapaz dəyən” futbolçulardan biridir. Yəni, bu Əmir bir zad olsa, “Sumqayıt”ı ağ günə çıxarardı, komandası qapazaltı olmazdı. Riad Rəfiyev də g… güclü, başlı prezident olsaydı, “Sumqayıt”ın dərdinə əlac tapardı, milli komandadan ona nə? Əslində “ona nə” demək də düz deyil. Rəfiyevin menecer olduğunu unutmamalıyıq. Futbolçu alverində ustalaşmış, master olmuş bu adam qabağına çıxan hər kəsi sata bilər – fərqi yoxdur, “Sumqayıt”dır, milli komandadır. Biz bir müddət əvvəl Nazim Süleymanovun “Sumqayıt”dan “torba tikmə” ilə göndərilməsindən sonra Rəfiyevin təkcə futbolçu yox, mənəvi dəyərləri də sata biləcəyini görmüşdük. Görməmişdikmi? Görmüşdük!

Elxan Məmmədovun “Neftçi”nin, “Sumqayıt”ın, “Keşlə”nin gününə saldığı Azərbaycan milli komandasının qapısının “Təzə bazar”ın qapısı kimi hər kəsin üzünə açıq olduğu ortadadır. Hər cür əxlaqsız, alverçi, fırıldaqçı, ayağı top tutmayan bu qapıdan içəri girə bilər. Riad Rəfiyev üçün də o qapı açıqdır. Amma Riad qədeş, incimə, bu dəfə damarlarından israilli qanı axdığını deyən Əmirini götür, sox… “Sumqayıt”ında bir yerə, orda başını girələsin. “Məscidin qapısı açıqdır, itin abrına nə gəlib” kimi bir məsələmiz var axı bizim.

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button