“Kimin onunla bağlı şübhələri varsa, Çempionlar Liqasının finallarını izləsin”

İcarə əsasında “Arsenal”da çıxış edən “Real”ın futbolçusu Dani Sebalyos açıqlama verib.

Komanda.az xəbər verir ki, “Deportes Cuatro”ya danışan 23 yaşlı futbolçu, karyerası və “Real”dakı komanda yoldaşı Qaret Beyl haqqında danışıb:

“Real”la müqaviləm davam edir. 23 yaşım var, hələ karyeramın zirvəsində deyiləm. Futbolçu kimi inkişaf etmişəm və indi qarşılaşa biləcəyim hər çətinliyə hazıram.

Beyl “Real”ın əsas futbolçularından biridir. Onun klub üçün etdiklərini unutmamalıyıq. Kimin onunla bağlı şübhələri varsa, Çempionlar Liqasının finallarını izləsin. Beyl bu klub üçün çox şey edib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button