“Koutinyo fenomendir” – Alkantara
Almaniyanın “Bavariya” klubunun futbolçusu Tiaqo Alkantara komanda yoldaşı Filippe Koutinyo ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “La Vanguardia”ya danışan 29 yaşlı futbolçu, müqavilə ilə “Barselona”ya məxsus olan Koutinyonun “Bavariya”da qalacağına ümid etdiyini bildirib:
“Koutinyonu yaxşı tanıyıram, o, çox yaxşı futbolçudur. 12 yaşından bəri onun oyununu izləyirəm, o, futbolçu keyfiyyətləri baxımından hər şeyə sahibdir. Yüksək səviyyəli futbolçularla oynamağı sevirəm. Koutinyo fenomendir. O, çox çalışqan və texniki baxımdan rəqibsiz futbolçudur. Filippe “Bavariya”ya çox fayda verir. Növbəti mövsüm də onun burda qalacağına ümid edirik”.
Keçən ilin avqustunda icarə əsasında “Bavariya”ya keçən Koutinyonun Münhen klubu ilə müqaviləsi iyunda başa çatır.
Bizi Facebook-da izləyin