Qazaxlar da “davam” deyir

Koronavirus pandemiyası səbəbiylə dayandırılan Qazaxıstan çempionatında cari mövsüm davam etdiriləcək.

Komanda.az xəbər verir ki, Qazaxıstan Peşəkar Futbol Liqasının mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Məlumatda, qurumun yerli klubların rəhbərləri ilə video-konfrans keçirdiyi bildirilib. İclasda futbolçuların, məşqçilərin və klub üzvlərinin sağlamlığını təhlükəyə atmadan, çempionatın mərhələli şəkildə bərpa olunması müzakirə olunub. Oyunların iyundan başlanacağı və ilk qarşılaşmaların azarkeşsiz keçiriləcəyi bildirilib. İki həftədə 3 oyunun keçiriləcəyi, bu təqvim sayəsində çempionatın oktyabrın sonunda yekunlaşacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button