Fransa klubunun futbolçusu komadan ayıldı

Fransanın “Monpelye” klubunun müdafiəçisi Junior Sambiya komandan ayılıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasına yoluxan 23 yaşlı futbolçunun meneceri Frederik Qerra bu barədə məlumat verib:

“Sambiya süni ağciyər ventilyasiyasından çıxarıldı. Onun sağalması uzun çəkəcək, amma artıq komada deyil. Böyük ehtimalla, daha yaxşı xəbərlər alacağıq”.

2017-ci ildən “Monpelye”nin şərəfini qoruyan futbolçu, cari mövsümdə 22 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button