İbrahimoviçin əsas şərti
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komandadakı gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu, növbəti mövsümdə də “qırmızı-qaralar”da qalmaq niyyətindədir. “Milan” Çempionlar Liqasına qatılmaq üçün heyətini gücləndirsə, İbrahimoviç komandadan ayrılmayacaq. Futbolçu, klubun uzun müddət sonra yenidən ÇL-də iştirakına kömək etmək istəyir. İsveçli hücumçunun son qərarı klubun transfer siyasətindən asılı olacaq.
İbrahimoviçin klubla müqaviləsi iyunda başa çatır. O, iştirak etdiyi 10 oyunda 4 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin