Ronaldinyo həbsxanadan çıxdı

Saxta pasportdan istifadə etməklə Paraqvaya gedən və bu üzdən sözügedən ölkədə həbs olunan Ronaldinyo və qardaşı Roberto Assisin cəzası yüngülləşdirilib.

Komanda.az xəbər verir ki, altı aylıq həbs olunan qardaşlar həbsxanadan buraxılıb.

Onlar cəzanın qalan hissəsini ev həbsi formasında çəkəcəklər. Braziliyalı futbolçu və qardaşı bunun üçün 1,6 milyon dollarlıq girov qoyub. Onlar cəzanın qalan hissəsini Asunsyon şəhərindəki bir oteldə keçirəcəklər.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-dən həbsdə idilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button