“Bavariya” Müllerlə razılığa gəldi

Almaniya çempionu “Bavariya” hücumçusu Tomas Müllerlə yeni müqavilə barədə razılığa gəlib.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilə müddətinin uzadılması təklifi ilə razılaşıb.

Yeni müqavilənin müddəti 2023-cü ilin yayına kimi olacaq. Hazırda tərəflər arasında maaşla bağlı son detalların müzakirəsi aparılır.

Xatırladaq ki, Müller 2008-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button