Şeydayev: “Sən Rəşad Sadıqovsan” dedilər” – video
Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.
Komanda.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu “facebook” hesabından məlumat yayıb. Şeydayev, uşaqlarla futbol oynadıqdan sonra onlarla söhbət etdiyini də qeyd edib:
“Onlardan soruşdum ki, məni tanıdız. Cavabında isə “bəli, sən Rəşad Sadıqovsan” dedilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin