Heç-heçəni ədalətli nəticə sayır

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Everton”la 1:1 hesablı bərabərliyə razılaşan “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, nəticənin ədalətli olduğunu deyib:

“İlk hissədə çox yaxşı oyun göstərdik. Oyuna nəzarət etdik, çox sayda qol imkanları yaratdıq. İkinci hissədə rəqibin çoxsaylı künc zərbələri vardı. Komandalar arasında bərabər oyun gedirdi. Heç-heçənin ədalətli nəticə olduğunu düşünürəm. İstənilən halda, yolumuzda irəliləyirik və qarşıda çox vacib oyunlarımız var”.

28 turdan sonra 42 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button