“Zirə”dən ayrılan Elvin Məmmədova heç bir klubun ehtiyacı yoxdur? – Açıqlama
Bir müddət əvvəl “Zirə” ilə yollarını ayıran Elvin Məmmədov klubsuz qalıb.
Vaxtilə “Qarabağ”da və Azərbaycan milli komandasında oynamış 31 yaşlı yarımmüdafiəçiyə hələ ki, təklif yoxdur. Bu barədə futbolçu Komanda.az-a açıqlamasında deyib:
“Hələ heç nə yoxdur, gözləyirəm. Təklif olmazsa, mövsümün sonuna qədər gözləyəcəm”.
Elvin Məmmədov da artıq millinin keçmiş üzvləri – Vaqif Cavadov, Kamran Ağayev kimi işsiz futbolçuların sırasına qoşulub. Vaxtilə Azərbaycan futbolunda adından söz etdirən futbolçulara hazırda heç bir klubda ehtiyac duyulmaması da maraqlıdır. Elvin Məmmədovdan bunun səbəbini soruşduqda isə cavabının olmadığını bildirdi.
“Turan”, “İnter” (indiki “Keşlə”), “Qarabağ”, “Bakı”, “Qəbələ”, “Sumqayıt” və “Zirə” kimi klubların şərəfini qoruyan Elvin, 37 dəfə də Azərbaycan milli komandasının formasını geyinib.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin