“Bütün braziliyalılar onun gələcəyi ilə bağlı həyəcan keçirir” – Ronaldinyo

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo “Arsenal”ın oyunçusu Qabriel Martinelli haqqında açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Martinellini digər braziliyalı keçmiş hücumçu Ronaldoya bənzədib:

“Bütün braziliyalılar onun gələcəyi ilə bağlı həyəcan keçirir. İstedad sahibi olmaq yaxşıdır, amma 18 yaşında insanların inamını qazanmaq başqa bir şeydir. O, mənə Ronaldonun Avropadakı ilk mövsümündə 30 qol vurmasını xatırladır. Ronaldo dünyanın ən yaxşı futbolçusu olmağı bacardı. Martinellinin də hədəfi bu ola bilər. İnanıram ki, o, tezliklə Braziliya millisinin əsas futbolçularından biri olacaq. Milli komanda heç vaxt futbolçunun yaşından asılı olmayıb. Bacarığınız və istedadınız varsa, şans əldə edəcəksiz. Dünya onun istedadını görə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button