“Sabah” Macarıstan klubuna uduzdu

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Sabah” Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb.

Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutan oyuna Bakı vaxtı ilə saat 18:30-da start verilib.

Qarşılaşma “Sabah”ın məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu

11 yanvar

Sabah – Pakş (Macarıstan) 0:2
Türkiyə, Belek.

Sabah”: Saşa Stamenkoviç, Filip Ivanoviç, Bəhlul Mustafazadə, Elçin Mustafayev, Təmkin Xəlilzadə, Mario Marina, Şakir Seyidov, Rəşad Eyubov, Cavid İmamverdiyev, Amadu Diallo, Emil Qasımov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button