Debüt matçına çıxdı, 3 oyunluq cəza aldı

“Monako”nun yarımmüdafiəçisi Vilyam Vanker cəzalandırılıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yeni klubunda debüt matçında aldığı qırmızı vərəqə səbəbindən 3 oyunluq cəzalandırılıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Vanker “Monako”nun Fransa kubokunun 1/4 final mərhələsində “Genqam”la qarşılaşdığı matçda qırmızı vərəqə almışdı.

“Monako” fransız yarımmüdafiəçini qış transfer pəncərəsi dövründə Türkiyənin “Antalyaspor” klubundan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button