Qasım Süleymaninin adını daşıyacaq – Cənubi Azərbaycan klubunun stadionu
Futbol üzrə İran çempionatında çıxış edən Cənubi Azərbaycanın “Maşınsazi” klubunun hazırda ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilir.
Komanda.az xəbər verir ki, “Bonyan Dizel” stadionu bir neçə gün əvvəl sui-qəsd nəticəsində öldürülən iranlı general Sərdar Qasım Süleymaninin şərəfinə onun adı ilə adlandırılacaq. Arenanın bundan sonra “Sərdar Qasım Süleymani Stadionu” adlandırılacağı bildirilir. 2011-ci ildə istifadəyə verilən stadionun azarkeş tutumu 12 mindir.
Bu arena həm də, “Traktor”un ikinci stadionudur. Təbriz klubu məsələylə bağlı sosial şəbəkə hesabından açıqlama versə də, bir müddət sonra həmin paylaşımı silib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin