Danışılmış oyunlarla bağlı müzakirə oldu – AFFA-da
AFFA Klublar Komitəsinin (KK) bugünkü iclasında əsas müzakirə mövzusu danışılmış oyunlarla bağlı olub.
Komanda.az xəbər verir ki, bu barədə Klublar Komitəsinin sədri və “Sumqayıt”ın prezidenti Riad Rəfiyev iclasdan sonra jurnalistlərə açıqlamasında deyib:
“Söhbət yalnız 1-ci diviziondan gedir. Premyer Liqada da danışılmış oyunların olub-olmadığına dair bir söz deyilmədi. Bildirildi ki, müəyyən klublarda bu cür hadisələr baş verir, uşaqları aldadır, səhv yola çəkirlər. Hazırda araşdırmalar davam edir, nəticələr də var. Bu barədə hüquq-mühafizə orqanları daha məlumatlıdırlar. Onlar öz işlərini ən yüksək səviyyədə aparırlar”.
Eyni zamanda 2019-cu ilin yekunları müzakirə olunub. Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin isə 2020-ci ilin martında keçirilməsi qərara alınıb (sportnet).
Bizi Facebook-da izləyin