38 yaşlı futbolçu ilə yeni müqavilə
İspaniyanın “Betis” klubunun futbolçusu Xoakin Sançes karyerasını bitirməyə tələsmir.
Komanda.az xəbər verir ki, veteran futbolçu daha bir il yarım çıxışını davam etdirəcək.
Çünki 38 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər olan müqavilə müddətini daha 1 illik uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Xoakin Sançes bu mövsüm La Liqada 17 oyunda iştirak edib ki, bunun 13-də meydana start heyətində çıxıb, 6 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin