Türkiyə millisinin futbolçusu üçün mövsüm bitdi
“Lill”in futbolçusu Yusuf Yazıcı sıradan çıxıb.
Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Liqa 1-in 19-cu turunun “Monako” ilə matçında zədələnib. Bu barədə “Lill”in baş məşqçisi Kristofer Qalter yerli mətbuata açıqlamasında deyib. O, tibbi müayinədən sonra Yusufun durumuna aydınlıq gələcəyini bildirib.
Türkiyə mətbuatının xəbərinə görə, dizindən zədələnən 22 yaşlı futbolçu mövsümün geridə qalan hissəsində iştirak etməyəcək. Yusuf zədə səbəbindən Türkiyə millisinin AÇ-2020-dəki oyunlarını da buraxa bilər.
Bu yay “Trabzonspor”dan “Lill”ə keçən Yusuf 25 oyuna çıxıb və 1 qol vurub. Yarımmüdafiəçi 19 dəfə də Türkiyə millisinin şərəfini qoruyub.
“Monako” – “Lill” matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Facebook-da izləyin