İbrahimoviçə 3 klubdan təklif var – menecerindən açıqlama
Zlatan İbrahimoviçin meneceri Mino Rayola müştərisinin gələcək taleyi haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Rayola, 38 yaşlı hücumçunun üç klubdan təklif aldığını deyib:
“Nəsə demək olmur. İbrahimoviç “yüz faiz İtaliyaya qayıdacam” deməyib. Ona üç klubdan təklif var, seçimi özü edəcək. Bu haqda heç nə bilmirəm. Müstəqil insanlarıq və azad qərar verə bilirik. Karyerasını bitirəcəkmi? Hər şey ola bilər, amma bu, mümkünsüzdür”.
İtaliya mətbuatı İbrahimoviçin “Milan”la müqavilə imzalayacağını iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin