Hamşik çinlilərlə razılaşdı
“Napoli”nin kapitanı Marek Hamşik karyerasını Çində davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmdafiəçi “Dalyan İfan” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, Hamşikin Çin təmsilçisiylə 3 illik müqavilə imzalayacağı bildirilib. Hamşik yeni klubunda illik 9 milyon avro məvacib alacaq.
“Napoli” bu transferdən 15 milyon avro qazanacaq.
2007-ci ildən “Napoli”də forma geyinən Hamşik 520 qarşılaşmaya çıxıb. Slovakiyalı yarımmüdafiəçi bu oyunlarda 121 qol vuraraq, “Napoli”də klub tarixinin bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin