“Qələbə üçün bütün gücümüzü ortaya qoyduq” – Remzi
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edən Uels yığmasının üzvü Aron Remzi bu matça bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Yuventus”un üzvü, Bakıdakı görüşdə bütün gücləri ilə mübarizə apardıqlarını deyib:
“Qələbə üçün bütün gücümüzü ortaya qoyduq. Burdan üç xalla ayrılmaq həmişə çətindir. Xorvatiya millisi də Bakıda xal itirdiyindən, bu vəzifənin necə ağır olduğunu bilirdik”.
Remzi Azərbaycan millisi ilə oyunun 60-cı dəqiqəsində Qaret Beylin əvəzinə meydana daxil olub.
29 yaşlı yarımmüdafiəçi, yenə Avropa çempionatında çıxış etmək istədiklərini bildirib:
“Ən yaxşı dövrümüz AÇ-2016-ya təsadüf etmişdi. Yenə oxşar hissləri yaşamaq istəyirik. DÇ-2018-i buraxmağımız çox üzücü olmuşdu. Yenidən final mərhələsində çıxış etməyə hazır olmalıyıq. Bu hissləri yaşamayan çoxlu yeni oyunçumuz var”.
Uels millisi AÇ-2020-yə vəsiqə qazanmaq üçün son turda Macarıstana evdə qalib gəlməli və Slovakiyanın Azərbaycan millisi ilə görüşdə xal itirməsinə ümid etməlidir.
Bizi Facebook-da izləyin