“Bilirik ki, ağır olacaq” – Hapal
Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Hapal, AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaqları oyunlar haqda bunları deyib:
“İnanıram ki, 0:4 hesabı ilə uduzduğumuz Xorvatiya ilə görüşdə yaşadıqlarımız bir daha təkrarlanmayacaq. İndi oyunçularımızı düzgün motivasiya etməliyik.
Qrupumuzda 4 komanda final mərhələsinə yüksəlmək şansını saxlayır. Bilirik ki, ağır olacaq. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır. Amma yaxşı hazırlaşıb, rəqibləri təəccübləndirməliyik. Qarşıdakı iki görüşdə daha yaxşı oynamalıyıq. Ümid edirəm ki, Xorvatiya və Azərbaycanla qarşılaşmada istədiyimiz nəticəni qazana bilərik”.
Slovakiya millisi noyabrın 16-da Xorvatiya, 19-da isə Azərbaycanla qarşılaşacaq.
Bizi Facebook-da izləyin