“Yuventus”un futbolçusu 150-yə çatdı
İtaliya A Seriyasının 12-ci turunda “Yuventus”un “Milan”ı 1:0 hesabı ilə məğlub etdiyi oyun Miralem Pyaniç üçün əlamətdar olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bosniya və herseqovinalı futbolçu, “qoca sinyora”nın heyətində 150-ci oyununu keçirib.
2016-cı ildə “Roma”dan heyətə qatılan futbolçu, keçirdiyi 150 oyunda 22 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun Turin klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin