Əsgərovun komandası evdə xal itirdi
Futbol üzrə Latviya çempionatında 35-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda artıq çempionluğu təmin etmiş “Riqa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunda sonadək ehtiyatda qalıb.
“Liepaya” hazırda 36 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin