Yubiley oyununda qələbə

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatlarında 25-ci oyununu keçirib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək seçmə, pley-off və final mərhələlərində 24 matç keçirən yığmanın yubiley oyunu Moldova ilə görüşə təsadüf edib. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda hesabda geri düşdüyü qarşılaşmada dönüş yaradaraq, 3:1 hesablı qələbə qazanıb.

Yubiley oyununda qalib gələn milli 25 matçda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapısından 111 top keçirən futzalçılarımız 81 qol buraxıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button